Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı sosial çarx hazırlanacaq

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 01.08.2024-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” adlı qrant layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Qərbi Azərbaycan torpaqlarında erməni vandalları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən qırğınlarla bağlı “XX əsrdə dörd dəfə soyqırıma məruz qalmış Qərbi azərbaycanlılar” adlı sosial çarx hazırlanacaq və Qərbi Azərbaycan İcmasının binasında çarxın təqdimatı həyata keçiriləcək. Təqdimat mərasimində Qərbi Azərbaycan icmasının üzvləri, millət vəkilləri və soyqırımın canlı şahidləri iştirak edəcək. Hazırlanacaq sosial çarxda bütün Qərbi Azərbaycan torpaqları, orada yaşayan əhalinin sayı və ermənilərin törətdikləri qırğınlar haqqında məlumatlar veriləcəkdir.