Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin Azərbaycana gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımlar atılmaqdadır. Qazaxıstanda müvafiq hüquqi və kriminalistik araşdırmaların tamamlanmasının ardından nəşlər Azərbaycana gətiriləcək və aidiyyəti üzrə dəfn olunacaq.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. O, hadisənin başvermə səbəbləri ilə bağlı ilkin araşdırmaların davam etdiyini vurğulayaraq deyib: “Hazırda bu mövzuda dəqiq açıqlama verilməsi mümkün deyil və hadisənin bütün təfərrüatları yalnız istintaq tamamlandıqdan sonra məlum olacaq. Azərbaycan dövləti Qazaxıstanla sıx əlaqədə, həmvətənlərimizin müalicəsi və dəstəklənməsi üçün bütün mümkün tədbirləri davam etdirəcək”.