İsrailin Fələstinin Qəzza zolağında yerləşən Əhli Ərəb xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 500-dən çox insan həlak olub.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Əl-Əhli Əl-Maadan xəstəxanasına raket hücumu nəticəsində 500-dən çox qurban var", - Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi telekanala bildirib.
Məlumata görə, xəstəxana binası Qəzza zolağının şimalından gələnlər üçün sığınacaq kimi də istifadə edilib.
Qeyd edək ki, İsrail hərbçiləri hadisəni araşdırdıqlarını açıqlayıb.