QHT layihəyə start verdi

Şəhid ailələrinə maddi və mənəvi dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsinə start verir. Layihə barəsində məlumat verən təşkilat sədri Nəzakət Həsənova əsas məqsədin hökumətin şəhid ailələri, qazilərlə bağlı həyata keçirdiyi işlərdə vətəndaş cəmiyyətinin rolunun artırılması və bu təbəqədən olan insanların problemlərinin minimuma endirilməsindən ibarət olduğunu deyib. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində həyata keçirilən işlər araşdırılacaq, mövcud problemlər öyrəniləcək və bu problemlərin həlli yönündə aidiyyatı qurumlara müraciətlər ünvanlanacaq. Eyni zamanda şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində 400 ədəd kitabça (50 səhifəyədək) çap olunaraq pulsuz paylanacaq.