Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyinin birgə təşəbbüsü ilə "Gənclər arasında ekoloji maarifləndirmə və bu istiqamətdə yeni addımların atılması" layihəsi çərçivəsində tədbirin 1-ci günü 21.10.2024 – cü il tarixində Qazax Dövlət Sosial-İqtisad kollecində tədbir baş tutmuşdur. İlk olaraq açılış nitqi ilə təşkilatın rəhbəri Hafiz Əzəmmədov tədbir iştirakçılarını salamladı və layihə haqqında iştirakçıları məlumatlandırdı.Sonra isə çıxış üçün söz layihənin təlimçi-eksperti Fərid Zülfüqara verildi.O isə öz nitqində tədbir iştirakçılarına layihə haqqında maarifləndirici tövsiyyələr verdi, tədbir diskusiya şəklində davam etdi.Tədbir zamanı təhsil müəssəsinin bir qrup tələbələri iştirak etdilər.Tədbirin ilk günü maraqlı və yadda qalan keçdi.