İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin tədbiri Xırdalan şəhər AAAF-Park yaşayış kompleksində həyata keçirildi. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra ediləcək. Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin məqsədləri sırasına daxildir.
Layihənin eksperti Paralimpiya komtəsinin numayəndəsi,Kamran Əliyev tədbirdə əlilliyi olan şəxslərə Abilimpiya hərəkatı və Paralimpiya haqqında geniş və ətraflı məlumat verdi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Vuqar Bəşirov, Abşeron rayon İcra Hakimiyyəti yanında İçtimai Şuranın sədri və şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, ƏƏSMN-nin tabeliyində DMA Xızı-Abşeron filalının numayəndəsi Nicat Əlibəyli, SXA-nin numayəndəsi Cehun Ağayev, ƏTİ-nın Prizdenti Davud Rəhimli, Paralimpiya idmançıları və Ablimpiya Komtəsinin əməkdaşları, Vətən müharibəsi veteran və qaziləri və əlilliyi olan şəxslər iştirak etdilər.
Tədbir çərçivəsində Abilimpiya hərəkatını və Paralimpiya idman növləri haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.
Sonda tədbirə dəvət olunmuş istedadlı əlillərin ifasında mahnılar səsləndirildi. Tədbir musiqi ifaları ilə birlikdə 30-nəfərə qədər əlilliyi olan şəxslərin əl işlərindən ibarət olan sərgi ilə davam etdirildi. Onu da qeyd edək ki, sərgi 27-28 iyul tarixlərinə qədər davam etdiriləcəkdir. Tədbirin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.
“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri. Qubad Qasımov