“Senat tərəfindən qəbul olunan bu akt qəbuledilməzdir”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Siyavuş Novruzov deyib
Onun sözlərinə görə, əgər 2000-ci ilə qədər ABŞ ölkələrə müdaxilə edib pərdələnərək təbii sərvətlərini ələ keçirməyə çalışırdısa, indi bunu pərdələnmədən edir. Amerika ədalətsizliyi təbliğ edir: “O bu cür addımları atılmasını tələb edir. Azərbaycana qarşı ədalətsiz qərar qəbul olunub. Vaxtilə ümumilli lider əlində xəritə ilə gəzirdi ki, əslində, blokadada olan Naxçıvandır, biz Ermənistanı blokadaya almamışıq. Hətta 907-nin ləğv olunması da müzakirə edilmişdi, amma olmadı”.
Deputat qeyd edib ki, ən pis odur ki. bu cür bəyanatları daxilimizdə olan xainlər də dəstəkləyir: “Burdan qaçıb gedənlər, burdakılar da təbliğ edir. Heç olmasa, nəzərə alsınlar ki, anti-Azərbaycan qərarları AXCP, Müsavat vaxtında qəbul olub. Qırt toyuqlar kimi oturub heç nə etmirlər”.
“Azərbaycana qarşı etnik təmizləmə olub, bunları heç kim demir. Əksinə Azərbaycana qarşı fikirlər deyirlər”, - deyə Siyavuş Novruzov əlavə edib./bakivaxtı.az