May ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin İştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası" hidroqovşağının açılış mərasimi olmuşdu.
”Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı hər iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin icrasıdır. Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədi ilə tikilib. Bu bəndin suyundan həm də icmək üçün istifadə ediləcək. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında 42 milyon kubmetr su yığılıb. Bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovsaqların istismara verilməsi xususi əhəmiyyətə malikdir. Burada hər iki dövlət üçün ümümi qoyuluş gücü 140 Mvt su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarınaxidmət edəcək.
Bu layihə təkcə Azərbaycana 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasına, 12 min hektar yeni əkin sahəsinin suvarılmasını həyata kecirəcək. Qovşaqlardan istehsal edilən illik 358 milyon kilovat-saat elektrik enerjisi 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.
”Xudafərin” və “Qız Qalası" Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafında mühüm rol oynayacaq.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı