Azərbaycanda ən qədim təşkilatlardan olan Azərbaycan Qızıl Aypaya Cəmiyyəti üzərinə götürdüyü tarixi missiyaya sadiq qalaraq fəaliyyət planını davam etdirir. Təşkilat istər aztəminatlı ailələrə dəstək, istər ekoloji yöndə istərsə də hümanitar yardımlar sahəsində gördüyü işlər nəticəsində bir çox vətəndaşa dəstək olunub. Bunu araşdırmaq, təşkilatın fəaliyyəti barəsində daha geniş məlumat almaq üçün AQC-nin rəsmi saytını ziyarət etmək kifattəydir.
SABAHİNFO.AZ olaraq təşkilatın təkcə may ayında gördüyü işlərin icmalını sizə təqdim edirik:
Xocavəddə yardım aksiyası
16 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon bölməsinin təşəbbüsü və “Vineyard Azərbaycan” Xristian Dini İcmasının təşkilati dəstəyi ilə aztəminatlı ailələrə və Xocavənd rayonu M. Mehdizadə adına tam orta məktəbin III sinif şagirdlərinə yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təqdim etdiyi geyimlər, ərzaq məhsulları və şirniyyatlar, eləcə də “Vineyard Azərbaycan” Xristian Dini İcmasının dəstəyi ilə “Samaritan’s Purse” təşkilatı tərəfindən göndərilən hədiyyələr uşaqlara paylanılıb. Tədbirdə iştirak edən təşkilat üzvləri uşaqlarla müxtəlif maarifləndirici mövzularda söhbətlər apararaq onların suallarını cavablandırıblar.
Xətaidə ehtiyacı olan ailələrlə görüş
AzQAC-ın Xətai rayon bölməsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illiyi ilə bağlı ehtiyacı olan ailələrlə görüşüb. Aztəminatlı ailələrlə görüşən əməkdaşlar onlara geyim dəstləri paylayıb.
Könüllü fəaliyyətin təşviqi
QAC-ın vitse-prezidenti Qadar Əsgərzadə təşkilatın könüllüləri ilə görüş keçirib. O, çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətində mövcud olan könüllülük həyatında onlara cəmiyyət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Görüş zamanı gənclərin, xüsusən könüllülərin müxtəlif səpkili sosial layihələrdə iştiraki, gələcək planları və cəmiyyətin fəaliyyətindəki rolu müzakirə olunub. Könüllülər öz təşəbbüsləri ilə daha fəal olmağa hazır olduqlarını bildirərək Cəmiyyətin tədbirlərində işdirak edəcəklərində məmnunluqlarını ifadə ediblər. Tədbir səmimi və məhsuldar mühitdə keçib, könüllüləri maraqlandıran suallara ətraflı cavab verilib.
Ekoloji iməcilik
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Tovuz rayon bölməsi tərəfindən Tovuz çayının sahilində genişmiqyaslı ekoloji iməcilik aksiyası təşkil edilib. Aksiyanın məqsədi ətraf mühitin qorunması, ictimaiyyətin ekoloji təmizliyə diqqətinin artırılması və gənclərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi olub.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Gənclər və İdman İdarəsi, Tovuz Gənclər Evi, Tovuz Bələdiyyəsi, Veteranlar Birliyi, eləcə də AzQAC-ın Şəmkir, Gəncə, Gədəbəy və Qazax rayon bölmələrinin nümayəndələri fəal iştirak ediblər.
Birgə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı Tovuz çayının sahilboyu ərazilərində tullantılar yığılaraq müvafiq qaydada utilizasiya edilib.
Uşaqlara diqqət
8 may 2025-ci il tarixində Nizami rayonu 1 saylı uşaq evində tədbir keçirilib.Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və eyni zamanda Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günü münasibətilə təşkil olunub. Tədbirdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nümayəndələri, Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin rəhbərliyi və könüllüləri iştirak edib. 1 saylı uşaq evinin müdiri Nərminə Zöhrabova müəssisədə görülən işlər barədə məlumat verərək iştirakçıları uşaqların əl işləri ilə tanış etdi. Həmin əl işlərində böyük zəhmət və sevgi hiss olunub. Bakı Regional Mərkəzinin koordinatoru Rəna xanım çıxış edərək uşaqlarla sevincini bölüşdü və onlara xoşbəxt gələcək arzuladı. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.
P.S. Yazıda təşkilatın təkcə may ayında gördüyü işlərin bir qısmi işıqlandıırlıb. Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq istəyən redcrescent.org.az saytına daxil olaraq istəyidi məlumatları əldə edə bilər.
Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının direktoru

