Lənkərandakı zəlzələ keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar yaradıb.
Sabahinfo.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təkanların dərinliyi 20 km olduğundan böyük ərazilərdə, eləcə də Qarabağda 3 bala qədər hiss olunub: "Əhaliyə təşvişə düşməmələri üçün müraciət etmişdik. Alt qatda qalan enerji asta-asta boşalmağa doğru getdi və hazırda həmin ərazidə sakitlikdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur".