Vətən müharibəsində qazanılan hər qələbə Böyük Qələbənin bir mərhələsi idi. Ordumuzun şəxsi heyətinin döyüş əzmi, qələbə ruhu düşmənin bütün istiqamətlərdə müdafiə sistemini darmadağın edirdi. Düşmən müdafiə döyüşləri aparmağa çətinlik çəkirdi – gücü çatmırdı, əsgər və zabitləri, muzdluları döyüşdən yayınrdı. Vətənsevərlik işğalçılığı məğlubiyyətə sıxışdırırdı. Bir neçə şəhərin, yüzlərlə kəndin işğaldan azad edilməsi Azərbaycan əsgərinin qələbə ruhunu son döyüşə aparırdı. Düşmən məğlubiyyət ərəfəsində olduğunu duyurdu.
Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Bu qələbə Azərbaycan əsgərinin Böyük Qələbə ərəfəsində olduğunun zəmanəti idi.
Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı 8 Noyabr Zəfər Günü kimi tarixləşdi.
Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər qazandı, Azərbaycanın torpaqları işğaldan azad edildi.
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərlərində bütün yaşayış məntəqələrinin yenidən qurulacağını qətiyyətlə, inamla bildirib. Bu bəyanatlar Azərbaycan ictimaiyyətinin vətənsevərliyini daha da artırıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qubadlıya səfəri də bu baxımdan ictimai hadisədir.
Qubadlının Baş planının hazırlanması üçün sərəncam imzalayan ölkə başçısı Qubadlıda çıxışında dedi: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamaşdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qubadlıya səfəri quruculuq işlərinin böyük məsuliyyətlə yerinə yetiriləcəyinin təsdiqidir...
Səbinə XASYEVA,
Milli Məclisin deputatı