Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov oktyabrın 30-da Kürdəmir rayonunun 3 kəndinin - Sığırlı, Ərəbqubalı və Çölqubalının seçiciləri ilə birbaşaşa bağlantı ilə qəbul keçirib.
Həmin seçicilərin bir qismi ilə az öncə Kürdəmir rayonunda görşmüş Rafael Hüseynov o vaxt qaldırılmış bir sıra məsələlərin həlli istiqamətində görülmüş işlər barədə məlumat verib.
Seçicilər görüş əsnasında həm yaşadıqları kəndlərin ümumi problemlərindən söz açmış, həm də ayrı-ayrı fərdi xahişlərini dilə gətirmişlər.
Elə görüş gedişində Rafael Hüseynov zəruri məqamlara telefon açaraq bir sıra istəklərin və şikayətlərin anındaca həll edilməsinə səy göstərib.
İcrası daha çox vaxt tələb edən digər məsələlərlə bağlı seçicilərə bildirilib ki, yaxın həftələrdə Kürdəmirdəki növbəti görüşədək onların da həlli istiqamətində zəruri addımlar atılacaqdır.