Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı

Prezident Administrasiyasının eks-rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Sabahinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.