Razi Nurullayev: 4-5 sot ərazidə 100 nəfərin yaşaması acınacaqlıdır

"İnsan alveri qurbanların müdafiəsi və reabilitasiyası üçün regionalarda sığınacaqların yaradılması ən vacib məsələlərdən biridir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu məsələnin elə bu ildən başlayaraq həll olunması, büdcə vəsaitinin ayrılması yaxşı olardı.

Deputat onu da vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatlarının idarə etdiyi sığınacaqların demək olar ki, əksəriyyətinin maddi-texniki bazası zəifdir. 

Təklif edib ki, dövlət və ya digər resurslar vasitəsilə onlara geniş həyəti olan yerlər ayrılsın. 

"4-5 sot ərazidə 50 nəfərin, 100 nəfərin yaşaması acınacaqlıdır. Bu sahədə də diqqətçəkəsi çox məqamlar var".