"Region heç vaxt əmin-amanlıq görməyə bilər" -Pezeşkian

"İslam Respublikası dialoq və danışıqlar yolu ilə məsələni həll etməyə və anlaşmaya nail olmağa çalışdığı bir vaxtda sionist rejim cinayət törətməkdən əlavə, kütləvi bir işğala əl ataraq, mülki insanları qətlə yetirərək, mülki obyektlərə hücum edərək, bir daha sabotaj edərək dialoq və danışıqları pozdu".

Sabahinfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed ilə telefon danışığında deyib. 

"Sionist rejim bütün beynəlxalq qayda və çərçivələri pozur və böyük dövlətlərin dəstəyi ilə hər bir cinayəti törədir və bu tendensiya davam edərsə, region heç vaxt davamlı sülh və əmin-amanlıq görməyə bilər", - deyə o qeyd edib.