Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə təqdim olunacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.

Sabahinfo.az bildirir ki, bunu Xidmətin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, Məcəllə Milli Məclisə təqdim olunacaq.

"Ümidvarıq ki, Rəqabət Məcəlləsi bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim oluncaq", - deyə bildirib.(trend)