Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və problemlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə nəzarətə götürülərək aidiyyəti dövlət qurumlarına yönləndirilməsi və icrasının izlənilməsi üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulları insanların problemlərini birbaşa dinləmək, onları narahat edən məsələləri yerində öyrənmək və operativ həll yolları müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Hər bir müraciətin diqqətdə saxlanılması və ardıcıl nəzarətdə olması dövlət–vətəndaş münasibətlərində şəffaflığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Qəbulda Astara rayon Mərkəzi Xəstəxanasının direktoru #BahadırƏhmədov da iştirak etmişdir.