RƏSMİ BAKI: “Ermənistanın təxribatı üçtərəfli bəyanatın pozulmasıdır” 

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni diversant-terrorçu Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.