Rəsmi Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verib - Rusiya XİN

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və onun sonradan demarkasiyası kimi vəzifələrin həllinə, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına böyük töhfə verib.

Sabahinfo.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan 2021-ci ilin xarici siyasətlə bağlı əsas yekunlarına dair bülletendə deyilir.

Qeyd olunur ki, dekabrın 10-da Moskvada "3+3" formatında Məşvərətçi Regional Platformasının oriyentasiya iclası keçirilib.