Rövşən Bayramov ikinci yerdədir.
Birləşmiş güləş təşkilatı (UWW) Olimpiadada iştirak üçün sonuncu lisenziya yarışı başa çatdıqdan sonra Yunan-Roma güləşçilərinin reytinqini açıqlayıb.
Müxtəlif çəki kateqoriyaları üzrə onluğa Azərbaycan millisinin 5 nümayəndəsi daxil edilib.
Azərbaycan millisinin güləşçiləri arasında ən yaxşı nəticə, hələ də öz çəki kateqoriyası üzrə lider olan dünya çempionu Rəsul Çunayevdədir (71 kq).
Rövşən Bayramov (59 kq) ikinci yerdədir, Rafik Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) dördüncü, İslam Abbasov (85kq) onuncu yerdə qərarlaşıb.
Həsən Əliyev (66 kq) və Elvin Mursəliyev (75 kq) ilk onluqdan çıxarılıblar. sabahinfo.az