Ronaldo PSJ-yə qarşı oyunda kapitan olacaq - VİDEO

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Fransanın PSJ klubuna qarşı yoldaşlıq oyununda iştirak edəcək Səudiyyə Ərəbistanının “Ən-Nəsr” və “Əl-Hilal”ın birləşmiş ulduzlar komandasının kapitanı olacaq.

Görüş yanvarın 19-u Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd adına Beynəlxalq Stadionunda keçiriləcək.

Məlumat üçün əlavə edək ki, Ronaldo-Messi duelini izləmək üçün iki milyondan çox azarkeş onlayn bilet növbəsinə durub.