Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk əsirlikdə olan hərbçilərin sayını açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda 2 minə yaxın ukraynalı əsgər əsirlikdədir.
"Hərbi əsirlərə gəlincə, həqiqətən də bizim reyestrimizdə çoxlu sayda hərbi əsirimiz var. Amma deməliyəm ki, Rusiya onların hamısını təsdiq etmir. Bu günə kimi 2 minə yaxın əsirimiz var” , - deyə İrina Vereşçuk bildirib.