Rusiya ABŞ-nin Nevada nüvə poliqonunda yeraltı kimyəvi sınaqlarını diqqətlə izləyir.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi son dərəcə aydındır. Peskov qeyd edib ki, Rusiya Federasiyası və ABŞ Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (CTBT) imzalayan dövlətlərdir, lakin indi bu saziş hər iki ölkədə ratifikasiya olunmayıb.