Rusiya Azərbaycanlıları İttifaqında ağır itki 

Rusiya Azərbaycanlıları İttifaqına ağır itki üz vermişdir.

İttifaqın Koordinasiya Şurasının üzvü, Voronej Oblasıtı üzrə rəhbəri, Voronej Oblastı Müsəlmanlarının Dini rəhbəri, Voronej Universitetinin professoru, tanınmış diaspora fəalı Eldar Əliisa oğlu Sadıqov koronavirus xəstəliyindən vaxtsız dünyasını dəyişmişdir.

Eldar Sadıqov Rusiya Azərbaycanlıları İttifaqının yaradılmasında və fəaliyyətində yaxından iştirak etmiş, özünün təklif və məsləhətləri ilə İttifaqın Koordinasiya Şurası üzvlərinin hörmətini qazanmışdır. O, həmçinin Voronej Oblastında pedaqoji fəaliyyətlə məşğul olmuş, ictimai təşkilatların fəaliyyətində yaxından iştirak etmişdir.

Eldar Sadıqovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Rusiya Azərbaycanlıları İttifaqının

Mətbuat Xidməti.

Moskva şəhəri, 16 avqust 2021-ci il.