"Rusiya bacarsaydı, kömək edərdi" - Köçəryan Qarabağdakı həbslərdən danışdı

"Mən son günlər Artsaxda (Qarabağ - red.) baş verənlərlə bağlı müxtəlif versiyalar eşitmişəm, təbii ki, Rusiya prezidentinin hərəkətlərini şərh etməyəcəm". 

Sabahinfo.az xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Levon Köçəryan deyib.

O, Putinin niyə Qarabağın hərbi-siyasi rəhbərliyinin Azərbaycanda ələ keçmələrinə icazə verməsini belə şərh edib: "Sualın verilməsinin nə dərəcədə düzgün olduğunu bilmirəm, amma bunu başqa cür edə bilərdilər. Təbii ki, baş verməsəydi, daha yaxşı olardı. Düşünürəm ki, bacarsaydılar, bunu edərdilər, çünki hər halda, bütün bunlar onların Ermənistandakı reputasiyasına da təsir edir, məncə, onlar bunun olmasını istəməzdilər"./unikal