Rusiya diplomatlarına Aİ daxilində hərəkət məhdudiyyəti tətbiq edilə bilər

Avropa İttifaqının (Aİ) bir qrup ölkəsi Rusiya diplomatlarına təşkilata daxil olan ölkələrdə hərəkət məhdudiyyətinin tətbiqi ilə bağlı Çexiyanın təklifini dəstəkləyir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

“Bu, doqquz aydır müzakirə olunan bir təklifdir. Bir qrup ölkə bu təklifi dəstəkləyir: Rumıniya, Polşa, Danimarka, Niderland, üç Baltikyanı ölkə”, - Çexiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, Aİ ölkələrində minlərlə rusiyalı diplomat akkreditə olunub və onlar təşkilat daxilində məhdudiyyətsiz hərəkət edə bilirlər.