Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi Qarabağ məsələsini müzakirə edib.

Sabahinfo.az məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, V.Putin iranlı həmkarını Rusiyanın Qarabağda atəşkəs rejiminin təmin olunması üzrə atdığı addımlar barədə məlumatlandırıb.

"Prezidentlərin telefon danışığı zamanı Qarabağla bağlı vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiya tərəfinin atəşkəs rejiminin təmin olunması, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, bölgədə dinc həyatın təşkil olunması ilə bağlı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb" - deyə, məlumatda bildirilir.