Rusiya Xəzərdən Suriyaya kütləvi raket zərbələri endirdi

Suriyadakı terrorçulara qarşı əməliyyatlarda iştirak edən Rusiya aviasiya qüvvələrinin sayı artırılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu hesabat verib. O, İŞİD-ə qarşı olan təyyarələrin sayının 69-a çatdırıldığını qeyd edib.

"Son 4 günün hesabatına əsasən, qüvvələrimiz İŞİD-in hərbi və neft-qaz obyektlərini atəşə tutublar. Xəzər dənizi üzərindən Suriyadakı mövqelərə 20-ə yaxın zərbə endirilib”,- deyə Şoyqu prezident Vladimir Putinə hesabatında vurğulayıb.