Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin ölkədə, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyatda və kinoda təbliğatının qadağan edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Nümayəndələr Palatasının spikeri Vyaçeslav Volodin də daxil olmaqla 400-ə yaxın Dövlət Dumasının deputatı LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəkləyib.
Sənəd qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatının, həmçinin LGBT-lər haqqında məlumatların yayılmasının qadağan edilməsini nəzərdə tutur. İnternetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, kinoda və reklamda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarının qadağan edilməsi də açıq şəkildə ifadə olunub.