Rusiyadan NATO-nun tarixi qərarına - Sərt reaksiya

NATO-nun Monteneqronu alyansa dəvət etməsi, Qərbin bu ölkəni Vaşinqtonun əlində oyuncağa çevirmək istəyi ilə bağlıdır.
 
Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov söyləyib. Onun sözlərinə görə, bu addım keçmiş Yuqoslaviya ölkələrindən birinin ərazisində hərbi baza yerləşdirməklə bölgəni idarə etməyə yönəlib.
 
Qeyd edək ki, NATO Monteneqroya alyansın 29-cu üzvü olmasını təklif edib.
 
Monteneqro 2006-cı ildə Serbiyadan ayrılaraq müstəqil olub. Belqrad və Moskva dəfələrlə Monteneqronun müstəqilliyinin əleyhinə çıxış etsə də, bu, heç bir nəticə verməyib. Bir müddət öncə Monteneqro rəsmən Moskvanı ölkədə keçirilən hökumət əleyhinə aksiyaların əsas maliyyəçisi adlandırıb.