Ukrayna Silahlı Qüvvələri rusların 130 hərbçisi, üç modernləşdirilmiş tankı və iki sursat anbarını məhv edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
Komandanlığın məlumatına görə, qoşunların təmas xəttində Nikolayev və Xerson rayonlarında döyüşlər davam edir.
"Rus qoşunları hələ də irəliləmək, mövqelərini yaxşılaşdırmaq və möhkəmlənməyə çalışaraq müdafiəyə keçmək imkanından məhrumdurlar. Eyni zamanda ukraynalı müdafiəçilərin minaatan və artilleriyadan atəşə tutulması davam edir", - deyə məlumatda qeyd olunub.