Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə tədbirlər mütəmadi davam etdirilir.Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Görüşdə 18 nəfər əcnəbi və vətəndaşsızlıq vəziyyətində olan şəxslərin problemlərinin həlli məsələləri müzakirə olunub, onların üzləşdikləri çətinliklər dinlənilib.
Sonda Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.