VII çağırış Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri cənab Sadiq Qurbanov deputat olduğu 64 saylı Salyan seçki dairəsində ilk vətəndaş qəbulunu keçirib. Qəbul YAP Salyan Rayon Təşkilatının inzibati binasında baş tutub.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlərin bir hissəsi işsizliklə, digərləri isə su və qaz təchizatı ilə əlaqəli olub.
Bəzi məsələləri yerində həll olunub, digərləri isə aidiyyəti orqanlara ünvanlanıb.