Sadiq Qurbaov qəbul keçirdi

Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri hörmətli millət vəkili Sadiq Qurbanovun növbəti vətəndaş qəbulu Salyan rayonunun Peyk kənd tam orta məktəbinin binasında, Birinci Varlı, İkinci Varlı və Peyk kəndlərini əhatə edən sakinlərin bir qismi ilə oldu.
Vətəndaşlarla xoş və maraqlı görüş zamanı səsləndirilən müraciətlər qeydə alınaraq aidiyyəti orqanlara ünvanlanacağı qeyd edildi. 
Müraciətlərin bir qismi təsərrüfat və tikinti sahələri üzrə idi.
Rayon sakinlərinin xoş və isti münasibətinə görə təşəkkür edirik.