Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verib.

Spiker bu barədə tviter hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - paylaşımda deyilir.

Qeyd edək ki, dünən Mardində baş vermiş qəza nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.