“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi 01 mart 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların Narkomaniyadan qorunması” adlı layihə ilə qalib olmuşdur.
Layihəyə 01 iyundan etibarən start verilib. 2 aylıq layihə çərçivəsində təşkilatın (01.06.2024-31.07.2024) əsas məqsədi hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə istər orta məktəblərdə, istərsə də bazarlarda, vağzallarda, küçələrdə əhalinin, uşaqların narkomaniyanın fəsadları, bu bəlanın dəhşətləri barədə maarifləndirilməsidir.
Narkomaniya hər zaman olduğu kimi müasir dövrdə də cəmiyyətin aktual problemlərindən olaraq qalır. Bir ailədə uşaq dünyaya gəlir, valideyn min bir əziyyətlə onu böyüdüb cəmiyyətə yararlı bir vətəndaş etmək istəyir. Lakin bir qrup cinayətkar hər zaman puskudadır. Onlar öz mənafeləri üçün uşaqların, yeniyetmələrin, gənclərin həyatını oğurlayıb, onu yarıda qırırlar.Təşkilat hər zaman olduğu kimi əsas diqqəti yenə də uşaqlara, yeniyetmələrə və onların yanlarında olan insanlara yönəltmək istəyir. Uzun illərdir küçə uşaqları ilə işlədiyimiz üçün bu uşaqlara daha çox qayğının göstərilməsinin vacibliyini bildiriririk. Ümumiyyətlə, layihədə əsas hədəf qrupları uçaqlar və yeniyetmələrdir.
2000-ci ildən bəri küçə uşaqlrı ilə işləyirik. Bu illərdə dəfələrlə yapışqan iyləyən, diş pastasından və d. zərərli vərdişlərə qurşanmış və uçurumun kənarında olan uşaqlarla, onların himayədarları ilə görüşüb onlara yardım etmişik. Bəzi hallarda belə uşaqlar aylarla təşkilatın sığınacağında yaşayıblar.
2024-cü ilin 10, 22 və 24 iyul tarixlərində təşkilat Qusar, Xaşmaz və Quba rayonlarında əhalinin, xüsusilə də uşaqların narkotikaya qarşı maarifləndirilməsi istiqamətində tədbir həyata keçirmişdir. Tədbitlər Vətən torpaqıarı uğrunda şəhid olan qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad edildikdən sonra təşkilatın sədri Məlahət Abbasovanın gənclərə müraciəti ilə başlamışdır. O çıxışlarında narkotikanın ziyanı haqqında danışdıqdan sonra söz qonaqlara verilmişdir. Tədbirdə Qusar rayon Polis bölməsinin əməkdaşı Ruslan Əliyev, Quba rayon Polis İdarəsinin baş inspektoru, polis letenantı Samir Aydəmirov, İdarənin inspektoru polis leytenentı Aynur Şahbazova, Çingiz Abdullayev ad. Xaçmaz rayon 2 saylı tam orta məktəbin direktoru Sevinc xanım, Xaçmaz rayon Polis bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru polis kapitanı Xəyal Abdullayev iştirak etmişdir. Bütün tədbirlərdə aktiv iştirak edən DİN əməkdaşları ilə birgə müəllimlər, valideynlər, şagirdlər arasında maarifləndirici söhbətlər aparmışıq. Tədbirlərin təlimçisi Vəfa Saleh bütün təlimləri aktiv disskusiya şəklində aparmışdır.
Layihə çərçivəsində əhaliyə narkomaniya problemi ilə bağlı maarifləndirici materiallar da paylanmışdır.