Separatçıların sonuncu lideri Samvel Şahramanyan Qarabağdan necə çıxdığını açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə o, Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib.
Şahramanyan jurnalistin məsələ ilə bağlı sualına belə cavab verib: "Azərbaycan tərəfi seçici yanaşma nümayiş etdirdi. Bəzi indiki liderlər getdi, keçmiş liderlər həbs olundu. Mən o suala cavab verə bilmərəm ki, niyə Azərbaycan tərəfi belə bir qərar verib.
Məni helikopterlə apardılar. Mən, müdafiə naziri və iki təhlükəsizlik əməkdaşımı helikopterlə aparmışdıq. Helikopterlə Sisiyaya çatdıq", - deyə Şahramanyan qeyd edib.