Salyan Rayon İcra Hakimiyyətinin və Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda konfrans keçirilib.
Salyan Rayon Mərkəzi Xəstəxanası PHŞ-də keçirilən konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. RİH başçısı Rüstəm Xəlilov açılış nitqi ilə çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə edib. Bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edib və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərib. Tədbirdə çıxış edən digər natiqlər insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə böyük töhfələr verən, görkəmli ziyalı alim olduğunu bildiriblər. Qeyd olunub ki, öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır.
Çıxışlardan sonra bir qrup səhiyyə işçisinə rayon İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilb. Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən film nümayiş olunub.