Şamaxı-Bakı yolunda qəzaya düşən məktəblilərin valideynləri danışdılar - VİDEO

Ötən gecə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Baku TV əməkdaşları məktəblilərin yerləşdirildiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında olub, yaralıların valideynlərini danışdırıb, onların son vəziyyətləri ilə maraqlanıblar.

Qeyd edək ki, iyunun 12-si Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Avtobusda Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 

Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib. 

Ətraflı süjeti təqdim edirik: