Seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır - Ərdoğan

Əziz qardaşım İlham Əliyevi bir daha Prezident seçilməsi münasibəti ilə təbrik edir, onun ilk rəsmi ziyarətini Türkiyəyə etməsindən sevinc hissi duyuram.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, 7 fevralda baş tutan seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi xüsusi önəm daşıyır.