Səfər Mehdiyev bu tarixdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev aprelin 29-da saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (Xaçmaz şəhəri, Nəriman Nərimanov küç. 72A) Xaçmaz və  Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sabahinfo.az xəbər verir  ki,  qəbul zamanı Xaçmaz və  Şabran  rayonları sakinlərinin yalnız  gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.