Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələni təsirlərinin aradan qaldırılması istiqamətindəki dəstəyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.
Sabahinfo.az xəbər verir ki, o, bu barədə “X”də yazıb: “2023-cü il fevralın 6-da Türkiyədə baş verən əsrin fəlakətində həyatını itirən vətəndaşlarımıza allah rəhmət eləsin. Onların yaxınlarına səbir diləyirəm. “Kədəriniz kədərimizdir” deyən Azərbaycan xalqına və Müzəffər Lider Prezident İlham Əliyevə ürəkdən təşəkkür edirəm”.
Diplomat, həmçinin Azərbaycan şairi Bəxtiyar Vahabzadədən sitat gətirib:
“Eşidincə ata yurdda depremi Aktı yaşım, döndü başım Türkiyem
Her derdimin, kederimin ortağı, Can kardeşim, kan kardeşim Türkiyem”.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.