“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” görülür

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin hazırlıq işlərini başa çatdırır

 Məlum olduğu kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin qalibi olub.

 Üç ay müddətinə ( 01.06.2025 – 31.08.2025) gerçəkləşəcək layihənin hazırlıq işləri başa çatmaqdadır.

Bu haqda redaksiyamız İctimai Birliyin Analitik-İnformasiya şəbəsindən məlumat əldə edib.

İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND -nın gəmi kapitanı Faiq Balabəyli görülmüş işlərlə bağlı bizimlə fikirlərini bölüşüb:

“Təklif etdiyimiz və qalibi olduğumuz layihənin uğurla başa çatdırılması üçün fəaliyyət planımızda nəzərdə tutulan müəyyən işlər artıq başa çatdırılb. Belə ki, komandamız tərəfindən Azərbaycan dənizçiləri və gəmiçilik strukturlarında layihənin başlanması, bitməsi və əsas məqsədi ilə bağlı məlumatlandırma işləri sona çatdırılıb. Dənizçi ailələri sırasında şəhid ailələri və müharibə iştirakçıları ilə aparılacaq və layihə sonu keçiriləcək ədəbi-bədii gecə haqda dəvət olunacaq iştirakçılarla fərdi və kollektiv söhbətlər edilib.

İctimai Birliyin sədri onu da xüsusi olaraq qeyd edib ki, layihənin icra planına əsasən  dənizçi şəhid ailələrinin və müharibə iştirakçılarının həm sağlamlıq, həm mədəni-mənəvi, psixoloji durumları ilə bağlı görüləcək işlər digər vətəndaşlarımızın da diqqətində olacaq.

Xatırlada ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirilir.

Tural Balabəyli,

“DSD” İB-nin layihələr üzrə analatik

informasiya şöbəsi