YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Ənnağıyev Babək Oktay oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları şəhid Ənnağıyev Babək Oktay oğlunun ailə üzvlərini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.