Şəhid mayor Anar Məmmədovun doğum günü qeyd olunub

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Müslüm Rzayev, Veteranlar şurasının sədri Faiq Hüseynov və rayon ictimaiyyətinin nümayəndələrinin iştrakı ilə "Şəhidlər Unudulmur" abidə kompleksinin önündə şəhidmizin doğum günü münasibəti ilə anım tədbiri keçrilib.
Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini ehtiramla yad ediblər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən sabirabadlı döyüşçülərin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, şərəfli ömür yolundan danışıblar.
Daha sonra şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!