Masallı rayonunun Qarğalıq kəndində Şəhid Rafail Hüseynovun ailəsini ziyarət etdik. Rafail Hüseynov Şuşa döyüşləri zamanı şəhid olub.
20 yaşlı Şəhid qısa, lakin şərəfli ömür yaşayıb, Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri olub. Aşılmaz sıldırım qayaları qalxıb düşmən üstünə şığıyan xüsusi təyinatlı kimi döyüş meydanında böyük qəhrəmanlıq göstərib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rafail Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"
medalları ilə və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Hüseynovlar ailəsi ilə söhbət zamanı qeyd edildi ki, ailənin iki övladı haqq savaşımızda mübarizəyə qoşularaq Qarabağımızı düşmən tapdağından azad etmək üçün döyüşüb. Rafail şəhid kimi, Elmir isə qazi olaraq doğma kəndə qayıdıb.
Məşhur Məmmədov
Milli Məclisin deputatı