04.11.2024 cü il tarixində Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə 8 noyabr Zəfər günü münasibətilə "Zəfərimiz qürurumuzdur" adlı tədbir keçirildi.
Tədbirdə Millət vəkilləri Aydın Mirzəzadə , Azər Allahverənov, EMEDİA GROUP rəhbəri Elşən Əliyev, şəhid məzunların valideynləri və bir çox dövlət idarəetmə orqanlarının nümayəndələri iştirak edirdi.Tədbirdə məktəbin direktoru Dilarə xanım Cəbrayılova çıxış edərək Azərbaycanın zəfər yolundan , Ali baş komandanın gənclərə ünvanladıgı vətənpərvərlik haqqında tövsiyələrini vurguladı.Millət vəkili Aydın Mirzəzadə şagirdlərə məktəblərdə yaradılan şəraitdən, Zəfər tarixini məhz müəllimlərin düzgün tərbiyə edib yetişdiryi məzunların sayəsində yazıldıgını qeyd etdi.Sonra millət vəkili Azər Allahverənov tədbir iştirakçılarına Azərbaycanın siyasi arenada rolundan və inkişaf strategiyasından bəhs etdi.Maraqlı çıxışların sonunda tədbirdə iştirak edən şəhid məzunların valideynlərinə 295 nömrəli tam orta məktəbin kollektivi adından xatirə olaraq hədiyyə verildi.