Səhiyyə Nazirliyində Julyen de Frepon ilə görüş keçirilib - FOTO

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirilib.

Sabahinfo.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Teymur Musayev, həmçinin tibb işçilərinin təcrübə mübadiləsi və bacarıqlarının təkmilləşdirilməsi üçün treninqlərin təşkilinin mümkünlüyünü qeyd edib. Nazirin sözlərinə görə, əczaçılıq sənayesində əməkdaşlıq potensialı da mövcuddur.

Öz növbəsində Julien de Frepon Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.