Azərbaycan daha bir beynəlxalq tədbirə ev
sahibliyi etdi. Şəkidə keçirilən IV Beynəlxalq Qafqaz Motofestivalında dünyanın
müxtəlif ölkələrindən olan baykerlər iştirak edirdi.
Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm
Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun
təşkilatçılığı ilə həyata keçirilən tədbir zamanı Şəki Olimpiya Kompleksinin
həyətində sərgi-yarmarkası təşkil olunmuşdu. Sərgi-yarmarkada motobrendlər,
moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən
əşyalar nümayiş olunurdu.
Tədbirin açılış mərasimində Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov
və "Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev çıxış ediblər.
Festifalın rəsmi açılış mərasimdən sonra festival iştirakçıları
"Lady Qaqa", "Elvis Presli", "Beatles",
"Kiss" qruplarının "tribute"larının və xarici DJ-lərin
çıxışı iləmöhtəşəm konsert proqramını seyr ediblər.
28-30
avqust tarixində reallaşan tədbir zamanı baykerlər öz məharətlərini göstərdilər.
Nəticədə təşkilatlar tərəfindən bir sıra baykerlər mükafatlandırıldı. Turnurin ən
gənc, ən fəal baykerlərinə mükafatlar verildi.