Səməd Seyidov: “Xocalı faciəsini törətmiş şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəklər”

“Xocalıda millətimizə qarşı soyqırımı törətmiş bütün şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəklər”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cinayətkarlar həm maddi, həm də mənəvi təzminat ödəməlidirlər:

“Beynəlxalq təşkilatların bununla əlaqədar qətnamələri mövcud olsa da, icra etməyə qorxurlar. Lakin bu gün Azərbaycan elə bir reallıq yaradıb ki, qətnamələrin icrasına kömək yox, vadar edir”./oxu.az